Azedu.az

Şimal-qərb bölgəsinin 2783 məzunu ali təhsil müəssisələrinə qəbul olub

Şəki-Zaqatala

4 Sentyabr 2026, 12:52
Şimal-qərb bölgəsinin 2783 məzunu ali təhsil müəssisələrinə qəbul olub

2025-2026-cı tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XI sinfini bitirən 2783 məzun ali təhsil müəssisələrinə qəbul olub.

AzEdu.az-a bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, cari ildə region üzrə ümumilikdə 6199 nəfər XI sinfi bitirib.

 2783 nəfər ali təhsil müəssisələrinə qəbul olunub;

326 nəfər 500-dən yuxarı bal toplayıb;

151 nəfər 600-dən yuxarı bal toplayıb.

 Şəki rayonu:

 XI sinif məzunlarının sayı — 2058 nəfər

 Ali təhsil müəssisələrinə qəbul olunanlar — 980 nəfər

 500-dən yuxarı bal — 119 nəfər

 600-dən yuxarı bal — 69 nəfər

 Qəbələ rayonu:

 XI sinif məzunlarının sayı — 1208 nəfər

 Ali təhsil müəssisələrinə qəbul olunanlar — 557 nəfər

 500-dən yuxarı bal — 56 nəfər

 600-dən yuxarı bal — 30 nəfər

 Zaqatala rayonu:

 XI sinif məzunlarının sayı — 1240 nəfər

 Ali təhsil müəssisələrinə qəbul olunanlar — 513 nəfər

 500-dən yuxarı bal — 46 nəfər

 600-dən yuxarı bal — 17 nəfər

Xarici dövlətlərin ali təhsil müəssisələrinə qəbul olunanlar — 40 nəfər

 Balakən rayonu:

 XI sinif məzunlarının sayı — 769 nəfər

 Ali təhsil müəssisələrinə qəbul olunanlar — 320 nəfər

 500-dən yuxarı bal — 36 nəfər

 600-dən yuxarı bal — 14 nəfər

 Qax rayonu:

 XI sinif məzunlarının sayı — 530 nəfər

 Ali təhsil müəssisələrinə qəbul olunanlar — 235 nəfər

 500-dən yuxarı bal — 44 nəfər

 600-dən yuxarı bal — 11 nəfər

 Oğuz rayonu:

 XI sinif məzunlarının sayı — 394 nəfər

 Ali təhsil müəssisələrinə qəbul olunanlar — 178 nəfər

 500-dən yuxarı bal — 25 nəfər

 600-dən yuxarı bal — 10 nəfər

 Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 353 ümumi, 204 məktəbəqədər və 12 məktəbdənkənar təhsil müəssisəsi olmaqla, ümumilikdə 569 təhsil müəssisəsi fəaliyyət göstərir.

SON DƏQİQƏ! Rusiya bombalanır - Dəhşətli partlayışlar
Son xəbərlərDaha çox