Azedu.az

Bir qrup müəllim Fəxri Fərmanla təltif olunublar- FOTO

Qazax-Tovuz

22 Oktyabr 2026, 15:01
Bir qrup müəllim Fəxri Fərmanla təltif olunublar- FOTO

Tovuz rayonu üzrə bir qrup müəllim təhsil sahəsində əldə etdikləri nailiyyətlərə görə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.

Bu barədə AzEdu.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, təltif olunan müəllimlər sırasında Abbasova Afaq İsrafil, Alıyev Əziz İsrayıl, Aslanova Sevinc Nurəddin, Bağırova Şərafət Müseyib, Namazova Elnarə Qədir, Quliyeva Samirə Zahid və Rzayeva Lamiyə Vəkil yer alıblar.

Abbasova Afaq İsrafil və Quliyeva Samirə Zahid tədris etdikləri IV sinif üzrə mənimsəmə, keyfiyyət və yüksək nəticə faizlərinin göstəricilərinə görə fərqləniblər. Alıyev Əziz İsrayılın tədris etdiyi IX sinif üzrə də bu göstəricilər yüksək olub.

Aslanova Sevinc Nurəddin yetirməsinin Respublika Fənn Olimpiadasında (RFO) qalib olması ilə fərqlənib. Bağırova Şərafət Müseyib və Namazova Elnarə Qədir tədris etdikləri VI sinif üzrə mənimsəmə və keyfiyyət göstəricilərinin yüksək olması ilə seçiliblər. Rzayeva Lamiyə Vəkilin tədris etdiyi VI sinif üzrə isə mənimsəmə, keyfiyyət və yüksək nəticə faizləri yüksək olub.

Ərdoğanın partiyasında təmizləmə əməliyyatı - Saxlanılanlar var
Son xəbərlərDaha çox