9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Məlumata görə, martın 9-da təşkil edilən imtahanda 3 nəfər, martın 15-də isə 9 nəfər maksimal 300 bal toplayaraq ən yüksək nəticəni göstərib.
Fənlər üzrə yüksək nəticə göstərən şagirdlərin sayını öyrənmək məqsədilə AzEdu.az regional təhsil idarələri arasında sorğu keçirir.
Sorğumuza cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirib ki, buraxılış imtahanlarında region üzrə ümumilikdə 6648 nəfər iştirak edib.
Qeyd edilib ki, iştirakçılardan 6 nəfər ana dili, 17 nəfər riyaziyyat, 25 nəfər isə xarici dil fənni üzrə maksimum -100 bal toplayıb.