Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşəbbüsü ilə Azərbaycan dili və ədəbiyyat fənni üzrə keçirilən bilik yarışında yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb.
Bu barədə AzEdu.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Yarışın nəticələrinə əsasən, Tovuz rayonu Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Qasımova Əsmər və Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbinin şagirdi Məmmədova Aydan gümüş medal qazanıblar.
Gədəbəy şəhəri İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Səfərli Bağdad isə yarışda uğurla çıxış edərək bürünc medal qazanıb.