Respublika Fənn Müsabiqələrində uğur qazanan şagirdlərin sayı açıqlanıb.
Bu barədə AzEdu.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Belə ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 9 şagirdi Respublika Fənn Müsabiqələrində yüksək nəticələr göstərərək müxtəlif əyarlı medallara layiq görülüblər.
Nəticələrə əsasən, şagirdlər 1 qızıl, 3 gümüş və 5 bürünc medal qazanaraq regionu layiqincə təmsil ediblər.