Qazax-Tovuz regionu üzrə abituriyentlərin ən çox qəbul olunduqları ali təhsil müəssisələri açıqlanıb.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Ağstafa rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 275 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti olub.
Gədəbəy rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 198 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduğu ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti olub.
Qazax rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 332 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduğu ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti olub.
Şəmkir rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 710 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universiteti olub.
Tovuz rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 593 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduğu ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti olub.
Məlumatlardan görünür ki, Qazax-Tovuz iqtisadi rayonu üzrə abituriyentlərin ən çox üstünlük verdikləri ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti olub. Ağstafa, Gədəbəy, Qazax və Tovuz rayonlarında Bakı Dövlət Universiteti ilk sırada yer alıb. Şəmkir rayonunda isə abituriyentlər daha çox Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universitetinə qəbul olunublar. Ağstafa rayonunda Azərbaycan Dövlət İqtisad Universiteti də abituriyentlərin daha çox seçdikləri ali təhsil müəssisələri sırasında yer alıb.