Azedu.az

Sertifikatlaşdırmaya dair görüş keçirilib

Bakı şəhəri üzrə Təhsil İdarəsi

22 Oktyabr 2026, 16:42
Sertifikatlaşdırmaya dair görüş keçirilib

Sertifikatlaşdırma prosesi ilə bağlı məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərə dəstək məqsədilə görüş keçirilib. 

BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbəqədər təhsilin təşkili sektorunun müdiri Rəna Aslanova, Təhsil İnstitutunun əməkdaşları Laləzar Məmmədova, Nərgiz Zeynalova, İdarənin əməkdaşları və tərbiyəçi-müəllimlər iştirak ediblər.

Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə söhbət açılıb. Sertifikatlaşdırmanın mərhələləri və məzmunu ilə bağlı fikirlər səsləndirilib, tərbiyəçi-müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verilib.

Həmçinin təhsilverənlərin sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi, sual sayı, bölmələr və mövzular barədə iştirakçılar məlumatlandırılıb, nümunə test tapşırıqları izah edilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox