Son illərdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yenidən qurulması və yeni bağçaların tikintisi istiqamətində mühüm addımlar atılıb. Regionlarda fəaliyyət göstərən bağçaların əksəriyyəti əsaslı təmir olunub, uşaqların təlim-tərbiyəsi və sosial inkişafı üçün müasir standartlara uyğun şərait yaradılıb.
Belə ki, təhsilin erkən mərhələsində uşaqların inkişafına önəm verən dövlət proqramları çərçivəsində məktəbəqədər təhsil sisteminin əhatəliliyinin artırılması da prioritet istiqamətlərdən biridir.
Maraqlıdır, hazırda regionlarda neçə bağça fəaliyyət göstərir?
Mövzu ilə bağlı AzEdu.az Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, hazırda Qazax rayonunda 25, Ağstafa rayonunda 34, Tovuz rayonunda 40, Şəmkir rayonunda 50, Gədəbəy rayonunda isə 8 bağça fəaliyyət göstərir.