Azedu.az

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verildi

AzEdu Təhsil Platforması

18 Oktyabr 2026, 15:33
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 19-da gözlənilən küləkli hava şəraiti ilə bağlı Bakıda və Abşeron yarımadasında narıncı, bəzi bölgələrdə isə sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox