Azərbaycanda müxtəlif bölgələri təmsil edən bir qrup XI sinif şagirdləri üçün 24 may tarixində II və III ixtisas qrupu üzrə keçirilən blok imtahanlarında yüksək nəticə göstərib.
AzEdu.az bu münasibətlə Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
Belə ki, region üzrə ən yüksək balı Tovuz rayon Düz Qırıqlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Musayeva Ayan Fuad qızı III ixtisas qrupu üzrə 688,7 bal toplayıb.
Yüksək bal toplayan digər abituriyentlərin siyahısını təqdim edirik:
Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin məzunu Süleymanova Sevinc Etibar qızı - III ixtisas qrupu üzrə 665 bal

Qazax rayonu Aslanbəyli kənd tam orta ümumtəhsil məktəbinin məzunu Nəsibova Şəfiqə Qoşqar qızı - III ixtisas qrupu üzrə 662,2 bal;

Tovuz rayonu Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Abdullayev Cahangir Anar oğlu - III ixtisas qrupu üzrə 655 bal;

Qazax rayonu Səqif Nəsirov adına Ürkməzli kənd tam orta ümumtəhsil məktəbinin məzunu Osmanov Sübhan Elmar oğlu - III ixtisas qrupu üzrə 654,2 bal;

Tovuz şəhəri Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbinin məzunu Əlili Həsən Pərviz oğlu - III ixtisas qrupu üzrə 652 bal;

Tovuz şəhəri Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbinin məzunu Məmmədov Elcan Azad oğlu- III ixtisas qrupu üzrə 650 bal.

Qeyd edək ki, siyahıda yer alan bütün abituriyentlər III ixtisas qrupu üzrə yüksək nəticə göstərərək regionun ən uğurlu məzunları sırasında yer alıblar.