Azedu.az

Qazax-Tovuzun yüksək bal toplayan şagirdləri bu məktəblərdə OXUYUB

Qazax-Tovuz

10 İyul 2026, 10:17
Qazax-Tovuzun yüksək bal toplayan şagirdləri bu məktəblərdə OXUYUB

Qazax-Tovuz regionu üzrə respublikanın ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Ağstafa rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 813 şagird bitirib, onların 812 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 58 nəfəri 500-dən, o cümlədən 16 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına Texniki-humanitar təmayüllü lisey daxil edilib. Rayonun ən yaxşı məktəbləri sırasında isə 2 nömrəli şəhər tam orta məktəbi və X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbi yer alıb.

Qazax rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 896 şagird bitirib, onların 895 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 67 nəfəri 500-dən, o cümlədən 17 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər siyahısına Şəhər humanitar və təbiət fənlər təmayüllü məktəb-liseyi daxil edilib. Rayonun ən yaxşı məktəbi sırasında isə 1 nömrəli şəhər tam orta məktəbi qeyd olunub.

Gədəbəy rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 640 şagird bitirib, onların 637 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 42 nəfəri 500-dən, o cümlədən 10 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 1 nömrəli şəhər tam orta məktəbi daxil edilib. Rayonun ən yaxşı məktəbləri sırasında isə Slavyanka kənd 1 nömrəli tam orta məktəbi və Çalburun kənd tam orta məktəbi göstərilib.

Şəmkir rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 2388 şagird bitirib, onların 2353 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 124 nəfəri 500-dən, o cümlədən 31 nəfəri 600-dən yuxarı bal toplayıb. Rayonun ən yaxşı məktəbləri sırasında Müşfiq Süleymanov adına Aşağı Seyfəli kənd tam orta məktəbi qeyd olunub.

Tovuz rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1721 şagird bitirib, onların 1711 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 149 nəfəri 500-dən, o cümlədən 37 nəfəri 600-dən yuxarı bal toplayıb. Rayonun ən yaxşı məktəbləri sırasında F.Qasımov adına Xatınlı kənd tam orta məktəbi və Z.Yusifov adına Bayramlı kənd tam orta məktəbi yer alıb.

Məlumatlardan görünür ki, Qazax-Tovuz regionu üzrə 500-dən yuxarı bal toplayan məzunların sayına görə Tovuz rayonu (149 nəfər) ilk sırada qərarlaşıb. Onu Şəmkir (124 nəfər), Qazax (67 nəfər), Ağstafa (58 nəfər) və Gədəbəy (42 nəfər) izləyib. Region üzrə respublikanın ən yaxşı məktəbləri siyahısında Ağstafa, Qazax və Gədəbəy rayonlarının məktəbləri yer alıb. Tovuz və Şəmkirdə isə respublika siyahısına məktəb daxil edilməsə də, yüksək nəticələri ilə seçilən rayon məktəbləri fərqləndirilib.

Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!
Son xəbərlərDaha çox