Azedu.az

Elmi tədqiqat xərcləri 300 milyon manata çatıb - STATİSTİKA

AzEdu Təhsil Platforması

13 Oktyabr 2026, 09:04
Elmi tədqiqat xərcləri 300 milyon manata çatıb - STATİSTİKA

Azərbaycanda dövlət büdcəsindən elmə çəkilən xərclər 2025-ci ildə 199,4 milyon manat təşkil edib.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2015-ci ildə elmə dövlət büdcəsindən 113,2 milyon manat ayrılıb. 2020-ci ildə bu göstərici 143,6 milyon manat, 2023-cü ildə 193,6 milyon manat, 2024-cü ildə isə 197,2 milyon manat olub.

Bununla belə, elmə çəkilən xərclərin ümumi daxili məhsula nisbəti azalıb. Belə ki, 2015-ci ildə bu göstərici 0,21 faiz, 2020-ci ildə 0,20 faiz, 2023 və 2024-cü illərdə 0,16 faiz, 2025-ci ildə isə 0,15 faiz təşkil edib.Elmə ayrılan vəsaitin dövlət büdcəsinin ümumi xərclərindəki payı da 2015-ci ildəki 0,64 faizdən 2025-ci ildə 0,52 faizə enib.

Tədqiqat və işləmələrə çəkilən daxili xərclərə gəlincə, 2025-ci ildə bu məbləğ 299,8 milyon manat olub. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə həmin göstərici 120,9 milyon manat, 2020-ci ildə 162,5 milyon manat, 2023-cü ildə 223,6 milyon manat, 2024-cü ildə isə 262,5 milyon manat təşkil edib.

2025-ci ildə tədqiqat və işləmələrə çəkilən daxili xərclərin əsas hissəsi büdcə vəsaitlərinin payına düşüb. Bu mənbədən maliyyələşmə 243 milyon manat təşkil edib. Sifarişçilərin vəsaiti 33,4 milyon manat, təşkilatların öz vəsaiti 21,7 milyon manat, büdcədənkənar vəsaitlər isə 1,7 milyon manat olub. Xarici mənbələrdən maliyyələşmə 0 milyon manat səviyyəsində göstərilib.

Qeyd edək ki, 2025-ci ildə tədqiqat və işləmələrə çəkilən daxili xərclər əvvəlki illə müqayisədə 37,3 milyon manat artıb. Dövlət büdcəsindən elmə çəkilən xərclər isə eyni dövrdə 2,2 milyon manat yüksəlib.

İran hərəkətə keçdi - Məktəblərdəki təxribatın şok detalları
Son xəbərlərDaha çox