Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Bakı metrosunda Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
AzEdu.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıbı.
Bildirilib ki, “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək. Qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək. Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Qeyd edilib ki, Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.
Xatırladaq ki, "Sabah" Çempionlar Liqasının əsas mərhələsində Çex Respublikasının "Slaviya" klubu ilə saat 20:45-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq.