Azedu.az

Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş

Hadisə

14 Oktyabr 2026, 09:38
Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş

Ötən il ürək transplantasiyası edilən Tovuz sakini, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib.

O, müayinə üçün Bakı şəhərinə gedərkən yolda halı pisləşib və nəticə fəciə ilə bitib.

AzEdu.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Rəşad Məmmədəliyev tələbə idi. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisası üzrə III kursda təhsil alırdı.

Tovuz Dövlət Sosial-İqtisadi Kollecindən bildirilib ki, 20 yaşlı gənc həm də 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən Antiterror əməliyyatlarında iştirak etmişdi.

"Rəşad Məmmədileyv təhsil aldığı müddətdə müsbət insani keyfiyyətləri və nümunəvi davranışı ilə müəllim və tələbə yoldaşlarının dərin hörmət və rəğbətini qazanmışdı", - kollecdən onun haqqında verilən açıqlamada qeyd edilib.

Xatırladaq ki, ötən ilin oktyabrında meyit donorun ürəyi Rəşad Məmmədəliyevə transplantasiya edilmişdi.

ŞOK GÖRÜNTÜLƏR Türkiyədə Bakıya etirazlar - Küçələrə axışdılar!
Son xəbərlərDaha çox