Azedu.az

Məhkumlar üçün peşə təhsili standartları yenilənir

Peşə təhsili

14 Oktyabr 2026, 16:47
Məhkumlar üçün peşə təhsili standartları yenilənir

Elm və Təhsil Nazirliyində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrindэ keyfiyyətin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun növbəti görüşü keçirilib. 

AzEdu.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsi, nazirliyin müvafiq qurumları və Ədliyyə Nazirliyinin əməkdaşları iştirak ediblər.

İşçi Qrupunun sədri, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman çıxışı zamanı “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası çərçivəsində görülmüş işlər barədə məlumat verib. 

Bildirilib ki, Tədbirlər Planında nəzərdə tutulan “Məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması” tədbiri ilə bağlı İşçi Qrupu üzvlərinin rəy və təklifləri toplanılıb. Məlumatlar əsasında “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları”nın yenilənməsi istiqamətində ilkin layihə hazırlanıb.

Görüşdə həmçinin sözügedən layihə iştirakçılara təqdim olunub və sənədin məzmunu, tətbiqi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb, layihənin təkmilləşdirilməsi və növbəti mərhələdə görüləcək işlərlə bağlı müzakirələr keçirilib. 

Qeyd edək ki, “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” çərçivəsində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartlarının yenilənməsi, eləcə də uyğunlaşdırılmış peşə təhsili proqramlarının çərçivə sənədinin hazırlanması nəzərdə tutulub.

Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir
Son xəbərlərDaha çox