Azedu.az

Azərbaycan WorldSkills Shanghai 2026-da təmsil olunur

Peşə təhsili

23 Sentyabr 2026, 15:42
Azərbaycan WorldSkills Shanghai 2026-da təmsil olunur

Çinin Şanxay şəhərində 48-ci beynəlxalq bacarıq yarışları – “WorldSkills Shanghai 2026”nın açılış mərasimi keçirilib.

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Sentyabrın 23-dən 26-dək davam edəcək yarışda 70 ölkə və regiondan 1 400-dən çox iştirakçı 64 bacarıq istiqaməti üzrə mübarizə aparır.

Azərbaycan beynəlxalq yarışda 7 bacarıq istiqaməti üzrə təmsil olunur. Ölkəmizi təmsil edən iştirakçılar qarşıdakı dörd gün ərzində peşə bacarıq və səriştələrini nümayiş etdirəcəklər.

Açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, eyni zamanda “WorldSkills Azerbaijan” platformasının rəsmi nümayəndəsi İlqar Bayramlı rəhbərlik etdiyi “WorldSkills Azerbaijan” nümayəndə heyəti ilə iştirak edib.

“WorldSkills Shanghai 2026” Şanxayda keçirilir və beynəlxalq peşə bacarıqları üzrə iştirakçıların öz bilik və səriştələrini nümayiş etdirdiyi nüfuzlu yarışlardan biridir.

TƏCİLİ! Rusiyadan Ərdoğana etiraz - Bunu edə bilmərik!
Son xəbərlərDaha çox