Azedu.az

"Peşə təhsili bəzi istiqamətlərdə ali təhsili üstələyə bilər"

Peşə təhsili

14 Sentyabr 2026, 15:31
"Peşə təhsili bəzi istiqamətlərdə ali təhsili üstələyə bilər"

"Peşə təhsilinin inkişafı əmək bazarında müəyyən istiqamətlər üzrə ali təhsilin bəzi sahələri ilə rəqabət aparmasına imkan verə bilər".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, peşə təhsili məzunlarının əmək bazarında əməkhaqqı səviyyəsi baxımından da müəyyən istiqamətlərdə ali təhsilin bəzi sahələrindən geri qalmaması mümkündür.

“Əmək bazarında əməkhaqqı səviyyələri baxımından peşə təhsili müəyyən istiqamətlərdə ali təhsilin bəzi istiqamətlərindən geri qalmayacaq. Yəni bu barədə bir az daha çox danışa bilərik, əgər suallarınız olarsa”, – Emin Əmrullayev deyib.

Nazir xaricdə təhsil proqramının da bu il davam etdirildiyini bildirib.

“Yenə hər il olduğu kimi, bu il də 500 gənc xaricdə təhsillə bağlı dövlət proqramı üzrə təhsil alacaq. Onlardan 155-i bu il dünyanın ən nüfuzlu 10 universitetinə qəbul alıb və təhsil almaq hüququ əldə edəcək. Bu da bizi sevindirir”, – nazir qeyd edib.

Emin Əmrullayev bildirib ki, Prezidentin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsil proqramı Azərbaycanın gələcəyi üçün mühüm töhfə verəcək.

“İnanırıq ki, bu proqram Azərbaycanın gələcəyi üçün olduqca vacib töhfələr verəcək”, – deyə nazir əlavə edib.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox