Azedu.az

Qadınlar bu ixtisaslarda da önə keçdilər - proqramçı, metro işçisi, xəzinədar...

Peşə təhsili

21 Oktyabr 2026, 17:42
Qadınlar bu ixtisaslarda da önə keçdilər - proqramçı, metro işçisi, xəzinədar...

2022-ci ildə  qəbul olunanlar arasında qadınların payının 50 faizdən aşağı olduğu bir sıra ixtisaslarda bu göstərici 2026-cı ilə əsasən dəyişib. Belə ki, bu ixtisasların hamısında qəbul göstəriciləri cari il üçün  50 %-i  ötüb.

AzEdu.az-ın Peşə Təhsili üzrə Dövlət Agentliyindən əldə etdiyi məlumata görə, 2022-2026-cı illər üzrə müqayisəyə əsasən, avtomatika sistemlərinin istismarı, mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis və metropolitenin stansiya növbətçisi kimi  ixtisaslar qadınların payının ən çox yüksəldiyi peşələr sırasında yer alıb.

Avtomatika sistemlərinin istismarı ixtisasında qadınların payı 2022-ci ildə 5, 2026-cı ildə isə 57,6 % olub. Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis ixtisasında göstərici 20,5 faizdən 67,6 faizə, metropolitenin stansiya növbətçisi ixtisasında isə 25 faizdən 63,6 faizə yüksəlib.

2022-ci illə müqayisədə 2026-cı ildə bir sıra ixtisaslar üzrə faktiki qəbul olunanlar arasında qadınların payında əhəmiyyətli artım qeydə alınıb. Əvvəllər qadınların qəbul payının 50 faizdən aşağı olduğu bəzi ixtisaslarda bu göstərici 2026-cı ildə xeyli artıb.  Belə ki, “Veb dizayner və proqram təminatçısı” ixtisası üzrə qadınların payı 2022-ci ildəki 45,7 faizdən 2026-cı ildə 65 faizə yüksəlib: Artım 19,3 %. 

“Media və audiovizual texnologiyaların istismarı” ixtisasında qadınların qəbul payı 37,5 %-dən 55 %-ə çatıb. Bu isə 17,5 % artım deməkdir. 

“Turizm təşkilatçısı” ixtisası üzrə də qadınların  qəbul göstəricisində artım müşahidə olunub. Bu vaxtadək qadınların adıçəkilən ixtisasa maksimum qəbulolunma payı 43,1% idisə, bu il bu rəqəm 54,8 %-dək  yüksəlib; artım  11,7 %.

“Qida və qeyri-qida məhsulları satıcısı, nəzarətçi-xəzinədar” ixtisasında qadınların payı 44,8 faizdən 53,1 faizə yüksəlib. Artım 8,3 faiz bəndi təşkil edib.

“Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator” ixtisasında isə qadınların payı 48,3 faizdən 56,4 faizə çatıb. 

Beləliklə, müqayisə olunan dövrdə sadalanan beş ixtisasın hamısında qadınların faktiki qəbul olunanlar arasındakı payı artıb və 2026-cı ildə 50 faizlik həddi keçib. Ən böyük artım “Veb dizayner və proqram təminatçısı” ixtisasında qeydə alınıb.

Nəticə etibarilə, 2022-2026-cı illər üzrə müqayisə peşə təhsili sahəsində bir sıra ixtisaslara qəbul olunan qadınların payında əhəmiyyətli artımın baş verdiyini göstərir. Xüsusilə, əvvəllər qadınların az təmsil olunduğu avtomatika sistemlərinin istismarı, mənzil təsərrüfatı xidməti, metropolitenin stansiya növbətçisi, veb dizayn və proqram təminatı kimi istiqamətlərdə qadınların payının 50 faizi keçməsi diqqət çəkir. Bu göstəricilər qadınların müxtəlif peşə sahələrinə marağının və həmin ixtisaslar üzrə təmsilçiliyinin artdığını nümayiş etdirir. 

Qeyd edək ki, 2022-2026-cı illər üzrə müqayisə peşə təhsilində qadınların texniki, rəqəmsal və xidmət yönümlü ixtisaslar üzrə qəbul payının əhəmiyyətli dərəcədə artdığını göstərir. Xüsusilə, avtomatika sistemlərinin istismarı, kibertəhlükəsizlik və mənzil təsərrüfatı xidməti kimi ixtisaslarda qeydə alınan artım diqqət çəkir. Bu tendensiya qadınların müxtəlif peşə sahələri üzrə təmsilçiliyinin genişləndiyini göstərir.

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox