Məktəbəqədər təhsil müəssisələri uşaqların erkən yaş dövründə təhsil və inkişafının təmin olunmasında mühüm rol oynayır.
Maraqlıdır, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində neçə bağça fəaliyyət göstərir?
AzEdu.az mövzu ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğuya cavab olaraq bildirilib ki, Şirvan-Salyan iqtisadi rayonunda ümumilikdə 50 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:
"Belə ki, Biləsuvar rayonunda 11, Hacıqabul rayonunda 3, Neftçala rayonunda 14, Salyan rayonunda 15, Şirvan rayonunda isə 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir".