Azedu.az

Şirvan-Salyan abituriyentləri ən çox bu universiteti SEÇİR - SİYAHI

Şirvan-Salyan

1 İyul 2026, 09:08
Şirvan-Salyan abituriyentləri ən çox bu universiteti SEÇİR - SİYAHI

Şirvan-Salyan iqtisadi rayonu üzrə abituriyentlərin ən çox qəbul olduqları ali təhsil müəssisələri açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Şirvan şəhəri üzrə 2025-ci ildə şəhərdə 797 məzun olub, onlardan 793 nəfəri imtahanlarda iştirak edib. Nəticələrə əsasən 303 məzun tələbə adını qazanıb (43.16%). Abituriyentlərin ən çox qəbul olunduğu ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti olub. 

Biləsuvar rayonu üzrə 2025-ci ildə 960 şagird məzun olub, 957 nəfər imtahanda iştirak edib. 296 məzun tələbə adını qazanıb (34.74%).Abituriyentlərin ən çox qəbul olduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti və Lənkəran Dövlət Universitetidir. 

Hacıqabul rayonu üzrə 643 məzun olub, 642 nəfər imtahanda iştirak edib. 249 məzun tələbə adını qazanıb (45.36%).Ən çox qəbul olunan ali təhsil müəssisəsi Azərbaycan Dövlət Pedaqoji Universitetidir

Neftçala rayonu üzrə 1418 şagird imtahanda iştirak edib, 496 məzun tələbə adını qazanıb (43.89%). Abituriyentlərin ən çox qəbul olunduğu ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti olub. 

Salyan rayonu üzrə 797 məzun olub, 793 nəfər imtahanda iştirak edib. 303 nəfər tələbə adını qazanıb (43.16%).
Ən çox qəbul olunan ali təhsil müəssisəsi Bakı Dövlət Universitetidir. 

Məlumatlardan görünür ki, Şirvan-Salyan iqtisadi rayonu üzrə abituriyentlərin ən çox üstünlük verdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universitetidir. Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universiteti də əsas seçimlər sırasında yer alır.

Putin bu tarixdə hakimiyyətdən gedəcək - Rusiya üçün DƏHŞƏTLİ PROQNOZ
Son xəbərlərDaha çox