Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən satınalma həyata keçirilib.
AzEdu.az xəbər verir ki, satınalma Salyan şəhər 5 saylı uşaq bağçasının icarəsi ilə bağlıdır.
Məlumata görə, bu məqsədlə Əzizova Gülşən Məmmədağa qızı ilə 12 000 AZN dəyərində müqavilə bağlanıb. Satınalma bir mənbə üsulu ilə həyata keçirilib.
Sənədə əsasən, icarə müddəti 1 yanvar 2026-cı il tarixindən başlayaraq 31 dekabr 2026-cı il tarixinədək nəzərdə tutulub.