Azedu.az

Naxçıvanda Zəfər Gününə həsr olunmuş şahmat turniri keçiriləcək

AzEdu Təhsil Platforması

20 Oktyabr 2026, 17:35
Naxçıvanda Zəfər Gününə həsr olunmuş şahmat turniri keçiriləcək

Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə 2-5 noyabr 2026-cı il tarixlərində Naxçıvan şəhər Uşaq-Gənclər Şahmat Məktəbində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə beynəlxalq reytinqli rapid turniri keçiriləcək.

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “İsveçrə” sistemi üzrə 9 turdan ibarət turnirdə ən az üçüncü dərəcəsi və FIDE ID kodu olan şahmatçılar iştirak edə bilər. Turnirdə iştirak etmək istəyən şahmatçılar 20 oktyabr 2026-cı il tarixdən 2 noyabr 2026-cı il tarixədək Naxçıvan şəhər Uşaq-Gənclər  Şahmat Məktəbinə müraciət etməklə və ya 060-553-67-47 “WhatsApp” nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərlər.

Turnirin gündəlik püşkatmaları, nəticələri və xal cədvəli  www.chess-results.com saytında yerləşdiriləcək.
Yekun nəticələrə əsasən birinci yerə 350, ikinci yerə 250, üçüncü yerə 150 manat pul mükafatı, medal və diplomlar təqdim olunacaq. Bununla yanaşı, birinci yerin qalibinə kubok veriləcək.

Həmçinin, turnirdə 8, 10, 12, 14 yaşadək şahmatçılar arasında hər yaş kateqoriyası üzrə ən çox xal toplayan şahmatçılar, ən yaxşı qadın və ən yaxşı veteran şahmatçılar əlavə olaraq 40 manat, eləcə də diplomla mükafatlandırılacaq. 

Qeyd edək ki, turnir Zəfər Gününə həsr olunmaqla yanaşı, Naxçıvan Muxtar Respublikasında şahmatın təbliğinə və inkişafına xidmət edir.

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox