Azedu.az

"Elektronika ustası" ixtisasının tanınması üzrə sənəd qəbulu başlayır

AzEdu Təhsil Platforması

20 Oktyabr 2026, 16:47
"Elektronika ustası" ixtisasının tanınması üzrə sənəd qəbulu başlayır

"Elektronika ustası"  peşə ixtisasının qiymətləndirilməsi və tanınması üzrə sənəd qəbulu elan olunur.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən AzEdu.az-a verilən məlumata görə, agentlik "Elektronika ustası"  peşə ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

Qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi 2 mərhələdən ibarətdir: Nəzəri imtahan və praktiki imtahan

Hər iki mərhələdə uğur qazanan şəxslər yekunda peşə sənədi əldə edirlər.
Məqsəd vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdir.

İmtahanlarda iştirak etmək üçün qeydiyyat davam edir.

Əlaqə: (+99450) 443-77-89

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox