Azedu.az

Metodistlərlə onlayn görüş keçirilib

AzEdu Təhsil Platforması

20 Oktyabr 2026, 15:30
Metodistlərlə onlayn görüş keçirilib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) əməkdaşlarının, Bakı şəhəri və regionlar üzrə fəaliyyət göstərən metodistlərin, eləcə də aparıcı metodistlərin iştirakı ilə onlayn görüş keçirilib.

ARTİ-dən AzEdu.az-a verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd beynəlxalq qiymətləndirmə proqramları və təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində həyata keçirilən layihələrlə bağlı məlumat mübadiləsinin aparılması, metodistlərin məlumatlandırılması və metodiki fəaliyyətin səmərəliliyinin artırılması olub.

Görüş zamanı PISA (Programme for International Student Assessment – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) haqqında ətraflı müzakirələr aparılıb. PISA ilə bağlı təlimatların metodistlərə çatdırılması və müvafiq məlumatların müəllimlər arasında yayılmasının əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, görüşdə “BilBacar” layihəsi çərçivəsində qiymətləndirmə məsələləri müzakirə olunub. Layihənin məqsədləri, qiymətləndirmə prosesinin təşkili və şagirdlərin bilik və bacarıqlarının müəyyənləşdirilməsində bu prosesin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox