Azedu.az

Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırılıb

AzEdu Təhsil Platforması

21 Oktyabr 2026, 12:13
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırılıb

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.

Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub:

"Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir".

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox