Azedu.az

Bakıda 10 nəfər məktəbə HÜCUM ETDİ - DETALLAR

AzEdu Təhsil Platforması

14 Oktyabr 2026, 23:09
Bakıda 10 nəfər məktəbə HÜCUM ETDİ - DETALLAR

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib.

AzEdu.az “Trend”ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.

Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.

Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.

Xatırladaq ki, faktla bağlı araşdırma aparılır.

Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir
Son xəbərlərDaha çox