Azedu.az

Özəl bağçalarla bağlı möhtəşəm yenilik - Saylar kəskin artdı

Məktəbəqədər təhsil

11 Sentyabr 2026, 10:27
Özəl bağçalarla bağlı möhtəşəm yenilik - Saylar kəskin artdı

"Özəl bağçalarda dövlət dəstəyi ilə yerlərin sayı 10 minə çatdırılacaq".

AzEdu.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.

Eşqi Bağırovun sözlərinə görə, valideyn-dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində qəbul yerlərinin sayı bu ildən 10 minə çatdırılacaq:

“Bu modelin mahiyyəti ondan ibarətdir ki, dövlət bağçalarında deyil, özəl bağçalarda dövlət dəstəyi hesabına valideynlər tərəfindən ödənilməli olan vəsaitin yarısı dövlət tərəfindən, dövlət büdcəsi hesabına təmin olunur. Burada da yüksək rəqəmlərlə tanış ola bilərsiniz. 10 minə yaxın yer son iki gün ərzində artıq valideynlərə elan edilib və qəbul prosesinə start verilib.

Təbii ki, əhatəlilik çox vacib mövzu olsa da, günün sonunda uşaqların qarşısına çıxan tərbiyəçilərin peşəkarlıq səviyyəsi də çox vacibdir. Bu da həm strategiyada, həm o cümlədən Agentliyin fəaliyyət planlarında prioritet istiqamətlərdən biridir.

Məktəbəqədər təhsil müəssisələri ümumilikdə Elm və Təhsil Nazirliyinin tabeliyinə keçəndən sonra bu sahədə atılan ilk addım tərbiyəçi-müəllimlərin, pedaqoji heyətin işə qəbulunun mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilməsi olmuşdur. Bu müddət ərzində 1300-ə yaxın tərbiyəçi-müəllim- ixtisaslı və müxtəlif meyarlar üzrə qiymətləndirmələrdən, həm test imtahanlarından, həm də müsahibə mərhələlərindən uğurla keçən kadrlar məktəbəqədər təhsil müəssisələrində işə başlayıb.

İkinci atılan addım mövcud məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi və pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi olub. Ötən illərdə 12 minə yaxın tərbiyəçi bu prosesdə iştirak edib.

Növbəti aylarda isə tərbiyəçilərin peşəkar inkişafı və əməyinin stimullaşdırılması ilə bağlı növbəti addım onların sertifikatlaşdırma prosesinə cəlb 
olunmasıdır. 

Oktyabr-noyabr aylarında bu proses də təşkil olunacaq. Burada 12 minə yaxın tərbiyəçi iştirak edəcək”.

Rusiyaya dəhşətli hücum başladı - Ukrayna raketlərlə bombalayır
Son xəbərlərDaha çox