Azedu.az

Bu ali məktəbin məzunları universitetə müəllim kimi QAYIDIR

Ali təhsil

4 Noyabr 2026, 09:32
Bu ali məktəbin məzunları universitetə müəllim kimi QAYIDIR

Bakı Ali Neft Məktəbinin (BANM) məzunları universitetə bu dəfə tələbə deyil, müəllim kimi qayıdırlar.

AzEdu.az xəbər verir ki,  Bakı Ali Neft Məktəbnin (BANM) rektoru Elmar Qasımov rəsmi “Facebook” hesabında paylaşım edərək vaxtilə universitetin auditoriyalarında tələbə kimi əyləşən, bu gün isə həmin auditoriyalarda dərs deyən məzunları təqdim edib.

Paylaşımda qeyd olunub ki, universitetin uğuru yalnız peşəkar mütəxəssislər yetişdirməklə məhdudlaşmır, eyni zamanda gələcəyin müəllimlərinin, alimlərinin və akademik liderlərinin formalaşdırılmasında da özünü göstərir.

Hazırda BANM-da müəllim vəzifəsində çalışan məzunlar:

Aidə Aslanova – Neft-qaz mühəndisliyi ixtisasının 2017-ci il məzunu, Neft-qaz mühəndisliyi kafedrasının dosenti;

Kənan Məmmədov – Neft-qaz mühəndisliyi ixtisasının 2022-ci il məzunu, Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi;

Suqra Abdullayeva – Neft-qaz mühəndisliyi ixtisasının 2024-cü il məzunu, Neft-qaz mühəndisliyi kafedrasının müəllimi;

Lamiyə Rüstəmova – Neft-qaz mühəndisliyi ixtisasının 2022-ci il məzunu, Neft-qaz mühəndisliyi kafedrasının müəllimi;

Alışan Alışanov – Neft və qaz texnologiyası ixtisası üzrə 2025-ci il magistr məzunu, Kimya mühəndisliyi kafedrasının müəllimi.

Rektor vurğulayıb ki, dünənin tələbələrinin bu gün müəllim kimi universitetə qayıtması BANM üçün ən böyük qürur mənbələrindən biridir.

Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!
Son xəbərlərDaha çox