2026/2027-ci tədris ili üzrə magistraturaya qəbul zamanı boş qalan plan yerlərinə ixtisaslaşma seçimi sabah başa çatır.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, hazırda 1 156 bakalavr boş qalan plan yerləri üzrə ixtisas seçimi edib. Onlardan 1 087 nəfər Azərbaycan bölməsi, 69 nəfər isə rus bölməsi üzrə seçim edib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul üçün ixtisaslaşma seçimini avqustun 24-dən 30-dək elan edib.