Azedu.az

Parkda gecələyən uşağın valideyninə cəza verildi

Hadisə

26 Noyabr 2026, 23:35
Parkda gecələyən uşağın valideyninə cəza verildi

Xəbər verdiyimiz kimi, Bakıda atalığının davranışlarına dözməyən azyaşlı gecəni parkda keçirib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli AzEdu.az-a bildirib ki, polis tərəfindən müvafiq araşdırma aparılıb.

“İddialar və digər xüsuslar yoxlanılıb. Noyabrın 15-də həmin azyaşlı Nəsimi rayonu ərazisində yerləşən parkların birində polis tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Onun dilənçilik və tüfeyli həyat tərzi sürən valideyni barəsində isə müvafiq inzibati tənbeh tədbiri tətbiq olunub”, - deyə o qeyd edib.

TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox