Azedu.az

“Örnək müəllim” sertifikasiyadan 92 bal toplayıb

Sertifikasiya

27 Noyabr 2026, 14:55
“Örnək müəllim” sertifikasiyadan 92 bal toplayıb

"Örnək müəllim" sertifikasiyadan yüksək nəticə göstərib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbində texnologiya müəllimi “Örnək müəllim” Cəmalə İsmayılova sertifikasiya imtahanının test mərhələsində 53, müsahibə mərhələsində isə 39 bal toplayaraq ümumilikdə 92 bal əldə edib.

O bildirib ki, əldə etdiyi nəticə təsadüfi deyil, iştirak etdiyi çoxsaylı təlimlərin, müxtəlif müsahibə mərhələlərində qazandığı təcrübənin və çalışdığı layihələrin bəhrəsidir.

Öyrənilən hər yenilik, iştirak edilən hər təlim və qazanılan təcrübə zamanla öz nəticəsini göstərir.

Cəmalə İsmayılova müəllimlik fəaliyyətində daim yenilənməyin və inkişaf etməyin vacibliyini vurğulayaraq öyrənməyə davam edəcəyini bildirib.

Kərimlinin şok səs yazısı ÜZƏ ÇIXDI - Məhkəmədə görün nələr olub?!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox