Azedu.az

II qrupda 200 balla müəllimlik ixtisasına qəbul mümkün olub

Müəllimlər və elm adamları

27 Noyabr 2026, 10:33
II qrupda 200 balla müəllimlik ixtisasına qəbul mümkün olub

II ixtisas qrupu üzrə müəllimlik ixtisaslarına qəbul zamanı keçid ballarında ötən tədris ili ilə müqayisədə müxtəlif dəyişikliklər qeydə alınıb.

Bəzi universitetlərdə və filiallarda keçid balları yüksəlib, digərlərində isə azalıb.

AzEdu.az 2025-2026-cı və 2026-2027-ci tədris illəri üzrə II ixtisas qrupunda müəllimlik ixtisaslarının keçid ballarını müqayisə edib.

Bakı Dövlət Universitetində Coğrafiya müəllimliyi ixtisasının keçid balı 2025-2026-cı tədris ilində 359.7 olduğu halda, 2026-2027-ci tədris ilində 334.8-ə enib. Universitetin Qazax filialında Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə isə keçid balı 251.5-dən 266-ya yüksəlib.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Coğrafiya müəllimliyi ixtisasının keçid balı 278.2-dən 271.9-a, Tarix və coğrafiya müəllimliyi ixtisasının keçid balı isə 365.2-dən 335.5-ə düşüb. İxtisasın ingilis dilində tədrisi üzrə keçid balı 342.3-dən 200-ə qədər azalıb.

ADPU-nun filiallarında isə fərqli dəyişikliklər müşahidə olunub. Şamaxı filialında Tarix və coğrafiya müəllimliyi ixtisasının keçid balı 246.9-dan 282-yə yüksəlib. Şəki filialında eyni ixtisas üzrə göstərici 298.1-dən 249.5-ə enib. Cəlilabad filialında keçid balı 219.6-dan 268-ə, Quba filialında Coğrafiya müəllimliyi ixtisası üzrə isə 200-dən 253.6-ya yüksəlib.

Qarabağ Universitetində Coğrafiya müəllimliyi ixtisasının keçid balında ciddi artım qeydə alınıb. Belə ki, 2025-2026-cı tədris ilində 215.4 olan keçid balı 2026-2027-ci tədris ilində 352.5-ə çatıb.

Naxçıvan Dövlət Universitetində Coğrafiya müəllimliyi ixtisasının keçid balı 355.3-dən 200-ə düşüb.

Gəncə Dövlət Universitetində isə Coğrafiya müəllimliyi ixtisasının keçid balı 292.6-dan 200-ə, Tarix və coğrafiya müəllimliyi ixtisasının keçid balı isə 323.5-dən 296.8-ə enib.

Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya müəllimliyi ixtisasının keçid balı 335.3-dən 317.2-yə enib.

Lənkəran Dövlət Universitetində Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə keçid balı 232.3-dən 291.1-ə yüksəlib.

Xəzər Universitetində Coğrafiya müəllimliyi ixtisasının keçid balı hər iki tədris ilində 200 olub. Tarix və coğrafiya müəllimliyi ixtisasında isə göstərici 345.6-dan 291-ə düşüb.

Qeyd edək ki, keçid ballarında ən böyük azalma Naxçıvan Dövlət Universitetinin Coğrafiya müəllimliyi ixtisasında qeydə alınıb. Belə ki, ixtisasın keçid balı 155.3 bal azalıb.

Ən böyük artım isə Qarabağ Universitetinin Coğrafiya müəllimliyi ixtisasında olub. Burada keçid balı 137.1 bal yüksəlib.

Türkiyə ayağa qalxdı! Gürcüstana sərt cavab - Ərdoğan hərəkətə keçdi
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox