Azedu.az

​​​​​Azərbaycanda fransız dilini öyrənən şagirdlərin sayı 42 mini ötür

Şagirdlər

27 Noyabr 2026, 12:24
​​​​​Azərbaycanda fransız dilini öyrənən şagirdlərin sayı 42 mini ötür

Azərbaycanda bir sıra ümumtəhsil məktəblərində fransız dili xarici dil kimi tədris olunur. Şagirdlərin bu dili öyrənməsi onların xarici dil biliklərinin inkişafına və fransızdilli ölkələrlə bağlı təhsil imkanlarından yararlanmasına şərait yaradır.

Hazırda Azərbaycanda neçə ümumtəhsil məktəbində fransız dili tədris olunur və bu dili tədris edən müəllimlərin sayı nə qədərdir?

Mövzu ilə bağlı AzEdu.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki,  hazırda 415 təhsil müəssisəsində 17 min 226 şagirdə fransız dili əsas xarici dil, 437 təhsil müəssisəsində isə 25 min 784 şagirdə ikinci xarici dil kimi tədris olunur.

"Fransız dili fənninin tədrisi əsas iş yeri üzrə 490 müəllim tərəfindən həyata keçirilir".

Türkiyə ayağa qalxdı! Gürcüstana sərt cavab - Ərdoğan hərəkətə keçdi
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox