Azedu.az

Gələn il qəbul imtahanlarında ciddi dəyişiklik gözlənilmir

Buraxılış imtahanları

Qəbul imtahanları

27 Noyabr 2026, 11:27
Gələn il qəbul imtahanlarında ciddi dəyişiklik gözlənilmir

Bu il istər buraxılış, istərsə də qəbul imtahanlarında abituriyentlərin nəticələri əvvəlki illərlə müqayisədə aşağı oldu. İmtahan ballarında da müəyyən azalma müşahidə edildi.

Maraqlıdır, növbəti il imtahanların çətinlik səviyyəsi və keçid balları necə dəyişəcək?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Səbuhi Abdullayev qeyd edib ki, gələcəkdə beynəlxalq sertifikat hesab olunan SAT imtahanının nəticələrinin yalnız bir universitetə deyil, Azərbaycanın bütün universitetlərinə qəbul zamanı şamil olunması gözlənilə bilər.

193734

“Bu il keçirilən imtahanlarda həm riyaziyyat testləri, həm də digər fənlərlə bağlı müəyyən çətinliklər oldu. Bu da yüksək bal toplayanların sayının azalmasına səbəb oldu. Təbii ki, bu hal ümumi bal dinamikasına da öz təsirini göstərir. Bununla bağlı həm şagirdlərdən, həm də ictimaiyyətdən müəyyən rəylər səsləndirildi.

Növbəti ilin imtahanları ilə bağlı suallar da çoxdur. Çünki artıq Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsindən azad edilib və hələlik bu vəzifəyə yeni namizəd təyin olunmayıb. Yeni rəhbərin yanaşmasından, eyni zamanda dövlət siyasətindən asılı olaraq imtahanların gedişində müəyyən dəyişikliklər ola bilər.

Belə ki, gələcəkdə beynəlxalq sertifikat sayılan SAT imtahanının nəticələrinin təkcə Azərbaycanın bir universitetində deyil, bütün universitetlərində qəbul zamanı nəzərə alınması gözlənilə bilər.

Digər tərəfdən, müəyyən müddət ərzində ötənilki qaydalar saxlanıla bilər. Çünki adətən imtahan qaydalarının dəyişdirilməsi barədə ən azı bir il əvvəl məlumat verilir. Buna görə də çox böyük dəyişikliklərin olacağını düşünmürəm. Amma təbii ki, bu, yeni rəhbərlikdən asılıdır və onun verəcəyi qərarlar müəyyən təsirlər göstərə bilər”.

Türkiyə ayağa qalxdı! Gürcüstana sərt cavab - Ərdoğan hərəkətə keçdi
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox