Filippin ali təhsil kvalifikasiyalarının tanınması haqqında Tokio Konvensiyasına qoşulan ilk Cənub-Şərqi Asiya ölkəsi olub.
AzEdu.az xəbər verir ki, UNESCO-nun yaydığı məlumata görə, konvensiya 2027-ci il yanvarın 1-dən Filippin üçün qüvvəyə minəcək.
Sənəd ali təhsil kvalifikasiyalarının beynəlxalq səviyyədə tanınmasını asanlaşdırmaq, tələbələrin xaricdə təhsil imkanlarını genişləndirmək və ölkələr arasında akademik əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Tokio Konvensiyası ali təhsil kvalifikasiyalarının tanınması sahəsində Asiya-Sakit okean regionunda əməkdaşlığı təşviq edir. Konvensiyaya qoşulmaq Filippindən olan tələbələrin xaricdə əldə etdikləri diplom və kvalifikasiyaların tanınması prosesinə də müsbət təsir göstərə bilər.
Qeyd edək ki, Tokio Konvensiyası UNESCO-nun Asiya-Sakit okean regionunda ali təhsil kvalifikasiyalarının tanınmasına dair beynəlxalq sənədidir.