Azedu.az

Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR

Gəncə-Daşkəsən

27 Noyabr 2026, 13:37
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən daha 3 ümumtəhsil müəssisəsinə direktor təyin olunub.

AzEdu.az-ın əldə etdiyi məlumata təyinatlardan 1-i Daşkəsən, 2-si isə Goranboy rayonu üzrə həyata keçirilib.

Belə ki, son bir ay ərzində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan, şagird sayı 500-dən çox olan ümumilikdə 13 ümumtəhsil müəssisəsinə direktor təyin edilib.

Yeni təyinatlara əsasən İsmayılova Türkanə Anar qızı Goranboy rayonu Hilal Abdullayev adına Nərimanlı kənd tam orta ümumtəhsil məktəbinin, Tağıyeva Gülzadə Qəşəm qızı Daşkəsən şəhər A. Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin, Abbasov Təbriz Əlif oğlu Goranboy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru təyin edilib.

 

 

Türkiyə ayağa qalxdı! Gürcüstana sərt cavab - Ərdoğan hərəkətə keçdi
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox