Azedu.az

Gəncə-Daşkəsəndə yeni təmayüllü məktəblərə müəllim seçimi başlayıb

Gəncə-Daşkəsən

21 İyul 2026, 16:21
Gəncə-Daşkəsəndə yeni təmayüllü məktəblərə müəllim seçimi başlayıb

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində yeni təmayüllü məktəblərə müəllim seçimi üçün müsahibələrə start verilib.

Bu barədə AzEdu.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və 2026–2027-ci tədris ilindən etibarən yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrinə fənn müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsinə başlanılıb.

Vakansiyalar Gəncə şəhəri M.Ə. Sabir adına 5 nömrəli, N. Aydın adına 18 nömrəli, M. Füzuli adına 22 nömrəli, 9 nömrəli tam orta ümumtəhsil məktəblərində, həmçinin Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində elan olunub.

Bildirilib ki, qeyd olunan təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar və innovativ yanaşmaya sahib pedaqoji heyət tərəfindən həyata keçiriləcək. Yeni təmayüllü tədris modelinin tətbiqində iştirak etmək istəyən müəllimlər müsahibədə iştirak üçün qeydiyyatdan keçə bilərlər.

Müsahibədə iştirak etmək istəyən namizədlər üçün əsas tələblər ali pedaqoji təhsilə malik olmaq, həmçinin Müəllimlərin İşə Qəbulu (MİQ) və ya müəllimlərin sertifikatlaşdırılması imtahanında minimum 85 faiz nəticə göstərməkdir.

Qeyd edək ki, müəllimlər və şagirdlər üçün ayrıca qeydiyyat linkləri təqdim olunub. Müəllimlər müsahibədə iştirak, şagirdlər isə yeni təmayüllü siniflərə qəbul üçün müvafiq elektron formalar vasitəsilə qeydiyyatdan keçə bilərlər.

//docs.google.com/.../1nSitnkyar5yPMic3QG0DYLG.../edit

 

//forms.gle/4BQ5D2tX5N4tBZMU6

Ərdoğana qarşı sui-qəsd cəhdi: Türkiyəli generaldan ŞOK AÇIQLAMA
Son xəbərlərDaha çox