Azedu.az

Bu regionun şagirdləri RFO-dan 41 medal qazanıb 

Gəncə-Daşkəsən

6 May 2026, 17:35
Bu regionun şagirdləri RFO-dan 41 medal qazanıb 

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Respublika Fənn Olimpiadasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri növbəti uğura imza atıblar.

AzEdu.az-a bu bardə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, şagirdlərimiz 7 qızıl , 12 gümüş  və 22 bürünc  olmaqla ümumilikdə 41 medal qazanaraq regionun təhsil nailiyyətlərinə yeni töhfə veriblər.

Medallar məktəblər üzrə aşağıdakı kimi bölüşdürülüb:

 Gəncə şəhər Fizika-riyaziyyat və informatika təmayüllü lisey – 5 qızıl , 10 gümüş ,15 bürünc 

 Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbi – 1 qızıl , 1 bürünc 

 Gəncə şəhər 26 nömrəli məktəb-lisey – 2 gümüş 

 Naftalan şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi – 2 bürünc 

 Gəncə şəhər 24 nömrəli tam orta məktəb – 1 qızıl 

 Gəncə şəhər M. Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-lisey – 1 bürünc 

 Gəncə şəhər Məhəmməd Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi – 1 bürünc 

 Gəncə şəhər 30 nömrəli tam orta ümumtəhsil məktəbi – 1 bürünc 

 Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbi – 1 bürünc 

 

Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi
Son xəbərlərDaha çox