Azedu.az

Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır

Gəncə-Daşkəsən

25 Sentyabr 2026, 09:02
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda valideynlər və sektor əməkdaşları arasında insident yaşanıb.  

AzEdu.az Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna istinadən xəbər verir ki, hadisə sektor müdiri Vüsal Cəfərovun qəbuluna gələn vətəndaşla sektor əməkdaşı Seymur Həsənov arasında baş verib. 

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə Goranboy şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində bəzi siniflərin ikinci növbəyə keçirilməsi ilə bağlı bir qrup valideynin vətəndaş qəbulu zamanı növbədən kənar qəbul otağına daxil olması zamanı baş verib:

"Həmin vaxt vətəndaş qəbulu prosesi həyata keçirildiyindən, növbə qaydalarına riayət etmədən qəbul otağına daxil olan valideynlərlə vətəndaş qəbulunu təşkil edən sektor əməkdaşı arasında münaqişə yaranıb. Hazırda hadisə ilə bağlı daxili araşdırma aparılır”.

Rusiyadan ultimatum - Paşinyan qorxudan geri addım atdı
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox