Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrində çalışmaq istəyən fənn müəllimlərinin qeydiyyat mərhələsi yekunlaşıb.
AzEdu.az-a bu barədə idarədən məlumat verilib.
Qeyd olunub ki, layihə çərçivəsində ümumilikdə 1126 nəfər müəllim qeydiyyatdan keçib.
Müəllimlərin məktəblər üzrə qeydiyyat statistikası aşağıdakı kimidir:
Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi: 358 nəfər müəllim;
Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi: 327 nəfər müəllim;
Gəncə şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi: 252 nəfər müəllim;
Gəncə şəhər N. Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbi: 245 nəfər müəllim;
Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi: 64 nəfər müəllim.
Qeydiyyatdan keçmiş namizədlərin peşəkar bilik, pedaqoji fəaliyyət və metodiki bacarıqlarının qiymətləndirilməsi üçün keçirilən müsahibə mərhələsi davam edir.