Məktəbli növbəti uğura imza atıb.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin 9F sinif şagirdi Qasimi Mədinə İlham qızı kunq-fu idman növü üzrə keçirilən 32-ci Azərbaycan birinciliyində uğur qazanıb.
Mədinə yarışda bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.
Məktəbin direktoru Bədəl Hüseynov qalib şagirdlə görüşərək onu təbrik edib və növbəti yarışlarda uğurlar arzulayıb.