Azedu.az

Bakıya yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

AzEdu Təhsil Platforması

27 Noyabr 2026, 14:34
Bakıya yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Kərimlinin şok səs yazısı ÜZƏ ÇIXDI - Məhkəmədə görün nələr olub?!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox