Azedu.az

UNEC ilə “Yelo Bank” ASC arasında əməkdaşlıq olub

Ali təhsil

27 Noyabr 2026, 14:45
UNEC ilə “Yelo Bank” ASC arasında əməkdaşlıq olub

UNEC ilə “Yelo Bank” ASC arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.

AzEdu.az xəbər verir ki, UNEC-in rektoru professor Ədalət Muradov və “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov tərəfindən imzalanmış memorandumun əsas məqsədi tələbələrin maliyyə və kapital bazarları üzrə nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsi, onların peşəkar inkişafının dəstəklənməsidir.

Əməkdaşlıq çərçivəsində “Yelo Bank”ın mütəxəssisləri tərəfindən UNEC tələbələri üçün kapital bazarları, emitentlər, investisiya şirkətlərinin fəaliyyəti, eləcə də innovativ maliyyə məhsul və xidmətləri ilə bağlı seminar və təlimlər təşkil olunacaq. Bankın peşəkar mütəxəssisləri tədris prosesinə mühazirəçi, təlimçi və praktiki məşğələ rəhbəri qismində cəlb ediləcəklər.

Memorandum tələbələr üçün yeni karyera və təcrübə imkanları da açır. Belə ki, əməkdaşlıq çərçivəsində UNEC-də “Yelo Bank”ın iştirakı ilə Karyera günləri və karyera sərgiləri keçirilməsi, tələbələr bankın təcrübə və staj proqramlarına, istehsalat təcrübələrinə cəlb olunması, bankda mövcud vakansiyalar və təcrübə proqramları barədə məlumatların job.unec.edu.az platformasında yerləşdirilməsi, təlim və seminarlarda fərqlənən tələbə və məzunlara sertifikatların verilməsi və s. nəzərdə tutulub.

Kərimlinin şok səs yazısı ÜZƏ ÇIXDI - Məhkəmədə görün nələr olub?!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox