Azedu.az

Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib

Təhsil Nazirliyi

27 Noyabr 2026, 15:06
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib

Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Ağstafa şəhərində vətəndaşları qəbul edib.

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, qəbulda Ağstafa, Qazax və Tovuz sakinləri iştirak ediblər.

Bildirilib ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

Kərimlinin şok səs yazısı ÜZƏ ÇIXDI - Məhkəmədə görün nələr olub?!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox