Azedu.az

Lənkəranda avtomobilin vurduğu 10 yaşlı uşaq xəstəxanada ölüb

Hadisə

27 Noyabr 2026, 16:50
Lənkəranda avtomobilin vurduğu 10 yaşlı uşaq xəstəxanada ölüb

Lənkəran rayonunda avtomobilin vurdugu 10 yaşlı uşaq xəstəxanada ölüb.

AzEdu.az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistral yolunun Darquba kəndi ərazisində baş verib.

Cəbi Quluzadənin idarə etdiyi "VAZ-21011" markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən Darquba kənd sakini, 10 yaşlı Ə.Yusubzadəni vurub. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lənkəran Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin verdiyi xəbərə görə 2016-cı il təvəllüdlü şəxs (kişi) 27.11.2026-cı il tarixində saat 12:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.

Qapalı kəllə-beyin travması, sol bazu sümüyünün sınığı, başın ənsə payının açıq yarası diaqnozları təyin edilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 27.11.2026-cı il tarixində saat 13:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hadisə yerindən yaşınan sürücü Cəbi Quluzadə müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paşinyan Putinin yanına şərtlərlə gedir: Ordunu Gümrüdən çıxart
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox