ABŞ-nin Alabama ştatında dövlət universitetlərində bakalavr təhsilinin üç il ərzində tamamlanmasına imkan verən yeni modelin tətbiqi təklif edilir.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, təşəbbüsün əsas məqsədi ali təhsilin müddətini qısaltmaq və tələbələrin təhsil xərclərini azaltmaqdır.
Bu model tələbələrə ənənəvi dördillik bakalavr proqramını üç ilə başa vurmaq imkanı verə bilər.