Azedu.az

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

AzEdu Təhsil Platforması

29 Noyabr 2026, 17:41
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında, həmçinin bəzi bölgələrdə noyabrın 30-u axşamdan dekabrın 2-si axşamadək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

AzEdu.az xəbər verir ki, müvafiq xəbərdarlığı Milli Hidrometeorologiya Xidməti yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qusar, Şabran, Siyəzən, Xızı, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Gürcüstandan Ərdoğanı şok edən cavab - Türkləri döyənlərə təşəkkür!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox