Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib.
AzEdu.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, hökumət başçısı ölkənin sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.
Əli Əsədovun noyabrın 30-da 70 yaşı tamam olur.