Azedu.az

Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır? - Sorğu DAVAM EDİR

Sertifikasiya

28 Noyabr 2026, 11:53
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır? - Sorğu DAVAM EDİR

Sertifikatlaşdırma prosesinin birinci tsikli (2021–2026) başa çatsa da, müəllimlərin qiymətləndirilməsinin hansı əsaslarla və hansı formada davam etdirilməsi ilə bağlı müzakirələr aktuallığını qoruyur. Xüsusilə prosesin məcburi deyil, könüllü əsaslarla keçirilməsi məsələsi müəllimlər arasında fərqli fikirlərə səbəb olur.

Sertifikasiya nəticələrindən narazı qalan müəllimlərlə yanaşı, yüksək bal toplayan pedaqoqlar da prosesin müəyyən qaydalarına və tətbiq mexanizmlərinə dair iradlarını bildirirlər. Müəllimlərin karyerası ərzində üç dəfə sertifikatlaşdırmadan keçməsinin nəzərdə tutulması isə bu müzakirələri daha da aktuallaşdırır.

Bəs sertifikatlaşdırmada iştirakın könüllü əsaslarla təşkili nə dərəcədə məqsədəuyğundur?

AzEdu.az bu məsələ ilə bağlı müəllimlərin və digər oxucuların mövqeyini öyrənmək üçün sorğunu davam etdirir.

SUAL: Müəllimlərin sertifikasiyasında iştirakın könüllü olmasına nə dərəcədə ehtiyac varmı?

1. Bəli, sertifikasiya mütləq könüllü olmalıdır;

2. Xeyr, mütləq məcburi qaydada keçirilməlidir;

3. Müəllimin karyerası ərzində yalnız bir dəfə məcburi olmalıdır;

4. Məcburi əsaslarla qalıb, qaydalarında ciddi dəyişikliklər edilməlidir;

5. Ümumiyyətlə, prosesin formatı dəyişməlidir;

6. Yalnız gənclər (35 yaşadək) müəllimlər üçün məcburi olmalı;

7. Digər variant.

Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olaraq (kompüterdə) sağ alt küncündə, mobil telofonda isə aşağıda yerləşən sorğu panelindəki suala cavab verdikdən sonra "Səs ver" düyməsini sıxsınlar.

Sorğu 23 noyabr 2026-cı il tarixindən 2 dekabr saat 23:59-dək davam edəcək. 

Gürcüstandan Ərdoğanı şok edən cavab - Türkləri döyənlərə təşəkkür!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox