Azedu.az

Təhsildə yeni nəzəriyyənin tətbiqi - Tədrisi kökündən dəyişə biləcək model -TƏHLİL

AzEdu Təhsil Analitika Mərkəzi

28 Noyabr 2026, 09:07
Təhsildə yeni nəzəriyyənin tətbiqi - Tədrisi kökündən dəyişə biləcək model -TƏHLİL

Hazırda dünyanın bir çox inkişaf etmiş ölkəsindəki çağdaş təhsil modellərinin ana qayəsi yaddaşdan təfəkkürə keçiddir. Modern təhsil fəlsəfəsi şagirdi  əzbərlədiyi informasiyaların həcminə  görə yox, onları necə tətbiq etmək, həyati əhəmiyyətli əlaqələndirmə bacarığına görə dəyərləndirir. Təhsildə təkcə klassik yanaşmalar deyil, həmçinin, qiymətləndirmə çərçivələri də tam fərqli istiqamətdə dəyişir və yaddaş bazası güclü fərdin deyil, şəxsiyyətyönümlü kadrın formalaşması prosesinə önəm verilir. Dünyanın bir çox ölkələrində təhsilə yanaşma səlis yox, artıq qeyri-səlis meyarlar üzərində inkişaf etməkdədir.

Dahi azərbaycanlı, dünya elminə qeyri-səlis düşüncə faktorunu qazandıran, bəşəriyyəti neçə minillik Aristotel məntiqinin məhdud çevrəsindən xilas edən Lütfi Zadənin inqilabi nəzəriyyəsi  (Qeyri-səlis məntiq) bir çox sahələrdə olduğu kimi, təhsildə də uğurla tətbiq edilib.

Bu tətbiq təəssüf ki, ölkəmizdə deyil, dünyanın inkişaf etmiş bir çox dövlətlərində həyata keçirilib və təhsilin faydalılıq göstəricilərini də artırıb.

Lütfi Zadənin elmi varisi və hazırda dünyada qeyri-səlis məntiqlə bağlı çox güclü mütəxəssislərdən sayılan professor Rafiq Əliyev də bir zamanlar bu sətirlərin müəllifinə orta təhsildə belə bir addımın zəruriliyinə ehtiyac duyduğunu bildirib. Qeyd edək ki, Rafiq müəllim hazırda qeyri-səlis məntiqin dünyada ən aktiv təbliğatçılarından biridir. Azərbaycanlı professor Rafiq Əliyevin sayəsində qeyri-səlis məntiq dünyanın bir çox ölkələrində uğurla təbliğ və tətbiq edilib və edilməkdədir də. Hazırda az qala, bütün qitələrdə qeyri-səlis məntiqə marağın ildən-ilə artmasında əsas səbəbkarlardan biri də məhz böyük həmyerlimiz Rafiq Əliyevdir.

Məlumat üçün deyək ki, Lütfi Zadənin 1965-ci ildə əsasını qoyduğu, daha sonra isə xüsusi əlavələrlə daha da genişləndirdiyi qeyri-səlis məntiq nəzəriyyəsinin əsas motivi klassik Aristotel məntiqindən fərqli olaraq,  yalnız “ya var - ya yox” prinsipinin tam əksinə, istisnalılıq və dərəcəlilik şərtlərini əsas götürdü. Bu məntiqə əsasən  0-1, yalnız ağ və yalnız qara yanaşmalarından imtina edildi. Qaranın müxtəlif çalarlılıq dərəcəsi, ağın sonsuz ağlılıq göstəricilərinin olması əsaslandırıldı. Qeyri-səlis məntiq öncə psixoloji olaraq insanı məhdud qərarvermə çərçivəsindən xilas etdi. Nəyinsə konkret olaraq ya var, ya da yox olduğunu əsas göstərən Aristotel məntiqi insan zəkasını da qırmızı xətlərdən kənara addımlamağa qoymurdu. Qeyri-səlis düşüncə tərzi insanı məhz bu buxovlardan xilas etdi. Odur ki, nəzəriyyənin əsas leymotivi olan variativlik, dərəcəlilik prinsipləri öncə iqtisadi mexanizmlərə tətbiq edildi və əldə edilən qazanclar milyardlarla ölçüldü.

Bundan sonra dünyanın bir çox ölkələri qeyri-səlis məntiq nəzəriyyəsini bir çox elmlərə, sahələrə tətbiq etdi. Demək olar ki, hər bir elm və istehsalat sahəsi qeyri-səlis düşüncəı tərzinin yeni tətbiqləri sayəsində daha da dirilmiş oldu. Qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis tibbi, qeyri-səlis bilogiya kimi yeni sahələr meydana çıxmağa başladı.

Gələcəyə yönəlik daha praqmatik addım atan bəzi ölkələr isə qeyri-səlis düşüncə tərzini təhsil sahəsinə tətbiq etdi. Tədris prosesinə yanaşmanı tamamilə dəyişən qeyri-səlis əsaslı təhsil metodu artıq şagirdi informasiya bazasını əzbərləyən biri kimi yox, əldə olunan datalara tam fərqli yanaşma sərgiləyən, onun innovativ təhlil və tətbiqini həyata keçirən bir kadr  kimi formalaşdırmağa  başladı. Qeyri-səlis məntiqin başqa sahələrə tətbiqi əsasən, 1990-cı illərdən bu yana daha da sürətləndi. Amma təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən məktəblərdə bu tətbiqə hələ də keçirilməyib. Nəticədə yüksək və çoxvariantlı təhlil-təşəbbüs qabiliyyətinə, eləcə də kreativ tədqiqatçılıq bacarığına malik  xeyli gənclərdən məhrum olduq.

Lakin ilkin mərhələ olaraq, tədris müəssisələrimizdə qeyri-səlis məntiq nəzəriyyəsi, onun mahiyyəti və tətbiqi əhəmiyyəti ilə ibtidai tanışlıq məqsədilə qeyri-səlis məntiq dərsləri keçirilə bilərdi ki, buna da ehtiyac duyulmayıb.

Beynəlxalq təcrübədə isə dünyanın bir çox inkişaf etmiş ölkələrində-Çin, Yaponiya, Koreya, ABŞ, İngiltərə, Kanada, Almaniya və s. qeyri-səlis məntiq dərsləri orta məktəb dövrlərindən etibarən tədris edilib.

Təhsilə qeyri-səlis tədris metodunun uğurlu tətbiqi  üçün ilkin şərt məhz həmin nəzəriyyə ilə tanışlıq idi ki, adıçəkilən ölkələrdə də bu addım gecikmədən atıldı. Nəticədə, artıq uzun illərdir ki, tədqiqatçılıq ruhunda formalaşan gənclər ordusu yetişməkdədir və onlar qərarqəbuletmə bacarıqlarına görə həmyaşıdlarını çox qabaqlayırlar.

Ölkəmizdə də ilkin olaraq, qeyri-səlis məntiqin əvvəlcə ayrıca fənn kimi tədrisi, daha sonra isə bu nəzəriyyənin tətbiq olunduğu yeni təhsil modelinə keçidin vaxtı çatıb.

Bəs nə və necə etməli?

Orta məktəblərdə ayrıca qeyri-səlis məntiq nəzəriyyəsi fənni keçirilməsi praktiki olaraq real görünməsə də, bu istiqamətdə əlavə mövzular, açıq dərslər və məktəbdaxili  təbliğat işlərinə ciddi ehtiyac vardır. Predmetin müxtəlif sahələrə tətbiqi, elmi, iqtisadi, sosioloji faydalılığı şagirdlərə tədris edilməsi isə əlavə üstünlülərə gətirə bilər.

Belə olacağı təqdirdə, orta məktəb şagirdləri üçün  nisbətən sadələşdirilmiş və asan qavranılan məzmunda qeyri-səlis məntiq dərsliyinin hazırlanması da vaciblik xarakteri daşıyacaq. Dərsliyin hazırlanması zamanı Lütfi Zadənin elmi varisi və hazırda dünyada qeyri-səlis məntiqlə bağlı çox güclü mütəxəssislərdən sayılan professor Rafiq Əliyevin tövsiyyələrinin nəzərə alınması çox vacibdir.  

Dərslik veriyasının olmayacağı təqdirdə  orta ümumtəhsil məktəblərində tədris edilən İnformatika dərsliklərində qeyri-səlis məntiq nəzəriyyəsinə aid mövzulara geniş yer verilməsi, proqramda bu bəhsə aid saatların əlavə edilməsi təklif olunur. Qeyd edək ki, təəssüf ki, bu gün orta ümumtəhsil  məktəblərində tədris vəsaiti kimi istifadə edilən İnformatika dərsliklərində Qeyri-səlis məntiq nəzəriyyəsi haqqında çox az  bəhs edilir.

Qeyri-səlis məntiqin təhsilə tətbiq meyarlarının hazırlanması  və bunun yeni təhsil modeli formasına salınması uğurlu bir işin əsasını qoymuş olardı. Qeyd edək ki, professor Rafiq Əliyev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla ilə birlikdə orta məktəblərdə qeyri-səlis məntiqin tətbiqini asanlaşdıran, təhsildə qeyri-səlis məntiqin tətbiq ideyaları ilə zəngin dəyərli monoqrafiya da hazırlayıblar. 

Amma bütün bunlardan öncə qurumların nümayəndələri, eləcə də müstəqil ekspert və elm xadimlərinin  iştirakı ilə dəyirmi masa keçirilə, təkliflər paketi hazırlana bilər.

Pilot olaraq seçilmiş  orta ümumtəhsil məktəblərində “Qeyri-səlis məntiq kabinetləri” salınmalı və bu istiqamətə meyilli şagirdlərin seçilərək, xüsusi proqram əsasında  hazırlanması variantını da unuda bilmərik. Bu addım gələcəkdə yüzlərlə gəncin qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiq dairələrində cəmiyyət üçün faydalı işlər görməsi üçün əsas meyarlardan hesab edilməlidir.

Gürcüstandan Ərdoğanı şok edən cavab - Türkləri döyənlərə təşəkkür!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox